image-image_750x_6931982816ca1backend

Mariya Zaxarova: Ermənistanın etdikləri diplomatik etikaya ziddir

image-ads-728x90

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin işçi materialları və dövlət başçılarının razılaşdırılmamış yazışmalarını dərc etməsini sərt tənqid edib. Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, bu addım “diplomatik praktikada qəbul olunmuş etik normaların pozulması” deməkdir.

Dekabrın 2-də Ermənistan hökuməti   Qarabağ üzrə 2020-ci ilə qədər aparılan danışıqlara dair sənədləri ictimailəşdirib. Baş nazir Nikol Paşinyan bu qərarı noyabrın əvvəlində müxalifətin tələblərinə cavab olaraq elan etmişdi. Hökumətin saytında ümumilikdə 13 sənəd yerləşdirilib — 2011-ci ildə Kazanda müzakirə olunan layihə, 2019-cu ildə vasitəçilərin təklifləri, eləcə də sabiq prezident Serj Sarkisyanın 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktub və digər materiallar.

Zaxarova bildirib ki, sənədlərin dərcindən sonra Rusiya bu materiallara öz qiymətini vermək niyyətindədir. Onun sözlərinə görə, yayımlanan sənədlər rəsmi İrəvanın son aylarda səsləndirdiyi bəzi iddiaları təkzib edir.

“BMT və ATƏT-in dərc olunmuş sənədləri təsdiqləyir ki, Rusiya milli vasitəçi və Minsk Qrupunun həmsədri kimi 30 il boyunca Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla həllinə nail olmağa çalışıb”, – deyə Zaxarova qeyd edib.

Rusiya XİN rəsmisi əlavə edib ki, Moskvanın mövqeyi hər zaman iki əsas prinsip arasında balansın qorunmasına əsaslanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki