image-1backend

“Məhz həmin günlərdə dünyanın ürəyi Bakıda döyünəcək”- Politoloq

image-ads-728x90

‘Bakıda sabahdan etibarən keçiriləcək BMT-nin ən nüfuzlu beynəlxalq platformalarından biri olan WUF13 – Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə təşkil olunması olduqca əhəmiyyətlidir. Bu, forumun sayca 13-cü sessiyasıdır”.- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, forum çərçivəsində şəhərsalma, urbanizasiya, mənzil təminatı, ekoloji davamlılıq və təhlükəsiz yaşayış mühiti ilə bağlı qlobal məsələlər geniş şəkildə müzakirə olunacaq.
“WUF13-ün əsas mövzusu “Bütün dünya üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Bu foruma dünyanın 180 ölkəsindən 32 mindən çox iştirakçının gələcəyi gözlənilir. Bu isə onu deməyə əsas verir ki, məhz həmin günlərdə dünyanın ürəyi Bakıda döyünəcək”, – deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki