image-tia_1a42942bea7a4a744de155cfb06265ed_o2e8gxwh0zcuats69mql-645x430backend

Məşhur aparıcı televiziyadan getdi : Müdafiə Nazirliyində çalışacaq 

image-ads-728x90

Ukraynanın tanınmış televiziya aparıcısı Andriana Kuçer televiziyadan ayrıldığını və Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa hazırlaşdığını bildirib.

Korrekt.az xəbər verir ki, aparıcı bu barədə son televiziya efirində danışıb.

“Bu gün “24” kanalındakı son efirimdir. Məni izləyən, etibar göstərən və ordu üçün yardım kampaniyalarına dəstək verən hər kəsə təşəkkür edirəm. Altı il birlikdə çalışdığım həmkarlarıma da minnətdaram. Peşəkar fəaliyyətimin bu mərhələsinə nöqtə qoyuram. Özünüzü və ölkəmizi qoruyun”, – deyə o bildirib.

Daha sonra Kuçer sosial şəbəkə hesabında avqustun əvvəlində döyüş müqaviləsi imzalayaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulmağı planlaşdırdığını, lakin hökumətdə baş verən kadr dəyişiklikləri səbəbindən bu planın hələlik təxirə salındığını açıqlayıb.

“İndi hər şey qeyri-müəyyəndir. Müdafiə Nazirliyi ətrafındakı vəziyyət sabitləşənə və yeni müqavilələrin taleyi aydınlaşana qədər gözləyəcəyəm. Əslində iki seçim var: ya orduda xidmət edəcəyəm, ya da ordu üçün fəaliyyət göstərəcəyəm”, – deyə jurnalist qeyd edib.Tribuna.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki