image-1backend

Məşhur azərbaycanlı rejissor evində ölü tapıldı

image-ads-728x90

Casusluq ittihamı ilə həbs olunduqdan sonra girov qarşılığında zaminə buraxılan iranlı dublyaj rejissoru və səs aktrisası Nilufər Həddadi evində ölü tapılıb.

Korrekt.az xəbər verir ki, Həddadinin meyiti vəfatından bir neçə gün sonra yaşadığı evdə aşkar edilib. İlkin ehtimala əsasən, onun ölümünə ürək tutmasının səbəb olduğu bildirilir.

Bununla belə, məhkəmə-tibbi toksikoloji ekspertizanın nəticələri hələ açıqlanmayıb. Hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Nilufər Həddadi bu ilin aprel ayının sonunda təhlükəsizlik qüvvələrinin yaşadığı evdə keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Ona qarşı casusluq və “düşmən dövlətlərlə əməkdaşlıq” ittihamları irəli sürülmüş, daha sonra isə girov qarşılığında zaminə buraxılmışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki