İsveçrəli məşhur futbolçu Alisha Lehmann sosial şəbəkədə evinin qarət edildiyini açıqlayıb. Korrekt.az xəbər verir ki, “Yuventus”dan sonra “Komo” klubuna transfer olan futbolçu zarafatla, “Mən bir az pintiyəm. Növbəti dəfə evimi oğurlayın, lütfən, təmizləyin” yazıb.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Hələlik dəymiş ziyanın miqdarı barədə rəsmi açıqlama verilməyib.
Alisha Lehmannın Turindəki evində də keçən il təxminən yarım milyon avro dəyərində əşyalar oğurlanmışdı.
Polisin araşdırmaları davam edir, lakin hələlik oğruların kimliyi ilə bağlı heç bir məlumat verilmir.






















