image-cy0m68ypewb0qxycbackend

Məşhur narkobaron etiraf etdi: Ömürlük həbsə məhkum edildi

image-ads-728x90

Meksikanın məşhur narkobaronlarından biri, İsmael “El Mayo” Zambada ABŞ-da ömürlük həbs cəzasına məhkum olunub.

Korrekt.az Reuters agentliyinə istinadən xəbər verir ki, Sinaloa kartelinin liderlərindən hesab edilən Zambada uzun illər ərzində ABŞ-a milyonlarla kiloqram kokain daşınmasının təşkilində iştirak etdiyini etiraf etdikdən sonra Bruklində yerləşən federal məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
Hökmü elan edən ABŞ rayon hakimi Brayan Koqan bildirib ki, qanunvericiliyə əsasən bu iş üzrə ömürlük həbsdən başqa alternativ cəza nəzərdə tutulmur. Hakim qərarın tamamilə ədalətli olduğunu da vurğulayıb.
76 yaşlı Zambada 2025-ci ilin avqustunda ABŞ Ədliyyə Nazirliyinin ona qarşı ölüm cəzası tələb etməyəcəyinə dair razılaşmadan sonra reketçilik, cinayətkar sui-qəsd və digər ağır ittihamlar üzrə günahını etiraf etməyə razılıq verib. Həmin ittihamlar ömürlük həbs cəzasını nəzərdə tuturdu.
Beləliklə, Zambada 2019-cu ildə ömürlük həbsə məhkum edilən kartel ortağı Xoakin “El Çapo” Qusmandan sonra ABŞ məhkəməsi tərəfindən ömürlük həbs cəzası alan ən yüksək səviyyəli Meksika narkokarteli rəhbərlərindən biri olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki