“The Wall Street Journal” qəzetinin məlumatına görə , NATO nitrosellüloza çatışmazlığı səbəbindən sursat istehsalında problemlərlə üzləşə bilər .
Bu vacib komponent demək olar ki, bütün müasir sursatlarda yanacaq kimi istifadə olunur.
Bu ixtisaslaşmış xammalın qlobal ehtiyatları azalır. NATO və digər ölkələrin orduları sursat ehtiyatlarını artırmaq üçün bu resurs uğrunda mülki sektorla rəqabət aparmaq məcburiyyətində qalırlar.





















