image-11backend

Məşhur şair intihar etdi

image-ads-728x90

Məşhur iranlı şair, keçmiş siyasi məhbus və fəal Mustafa Qasemi Həsənvənd Ərbildə BMT-nin binası qarşısında intihar edib.

image-1

Korrekt.az xəbər verir ki, həbsxanadan çıxdıqdan sonra psixoloji təzyiqlərlə üzləşən fəalın nəşi Ərbilin Koye şəhərində dəfn olunub. O, bundan əvvəl “dövlətə qarşı təbliğat” ittihamı ilə 3 il həbs cəzası almış və 10 ay cəza çəkdikdən sonra azadlığa buraxılmışdı.

Həbsdə olarkən siyasi məhbus qadınlara yazdığı dəstək məktubu ilə tanınırdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki