image-1backend

Məşhur şəbəkə çökdürüldü: Bu qədər pul…

image-ads-728x90

Gürcüstan Prokurorluğu transmilli çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar şəbəkəni ifşa edib. Faktla bağlı 4 xarici ölkə vətəndaşı və 5 hüquqi şəxs barəsində xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması maddəsi üzrə cinayət təqibinə başlanılıb.

Korrekt.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə İstintaq İdarəsi rəisinin müavini Beka Kvitsiani məlumat verib.

Onun sözlərinə görə, aparılan istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif ölkələrdə cinayət yolu ilə əldə etdikləri vəsaitləri leqallaşdırmaq məqsədilə aktivlərini Gürcüstana köçürüblər.

İstintaqın məlumatına əsasən, şübhəlilər pul vəsaitlərini leqallaşdırmaq üçün Gürcüstanda real sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan şirkətlər yaradıblar. Onlar saxta sənədlər və uydurma ödəniş təyinatlarından istifadə etməklə xaricdən fiziki və hüquqi şəxslərin bank hesablarına 21,5 milyon lari (təxminən 13,9 milyon manat) məbləğində qanunsuz mənşəli vəsait köçürüblər.

Bildirilib ki, həmin vəsaitlərin kiçik hissəsi saxta sənədlər əsasında yenidən xarici bank hesablarına yönəldilib. Qanunsuz aktivlərin əsas hissəsi isə istintaq çərçivəsində üzərinə həbs qoyularaq dondurulub.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edəcəyini açıqlayıb. Həbs qərarı çıxarıldığı təqdirdə onlar beynəlxalq axtarışa veriləcəklər.

Bundan başqa, istintaq çərçivəsində üzərinə həbs qoyulan təxminən 14 milyon lari (təxminən 9 milyon manat) məbləğində xarici valyutanın və 1 milyon laridən (təxminən 650 min manatdan) artıq dəyəri olan daşınmaz əmlakın dövlətin xeyrinə müsadirə edilməsi üçün müvafiq hüquqi prosedurlar həyata keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə, hüquqi şəxsləri isə ləğvetmə, fəaliyyət hüququndan məhrumetmə və cərimə cəzası gözləyir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki