image-1backend

Məşhur verilişdəki açıqlaması başına bəla oldu: Həbs EDİLDİ

image-ads-728x90

Türkiyədə yayımlanan və aparıcısı Həsən Can Kaya olan “Konuşanlar” verilişində iştirak edən Özbəkistan vətəndaşı qadın qanunsuz işlədiyi müəyyən edildikdən sonra saxlanılıb.

Korrekt.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Miqrant Qaçaqmalçılığı və Sərhəd Keçidləri Şöbə Müdirliyinin əməkdaşları “Virtual Patrul” fəaliyyəti çərçivəsində rəqəmsal platformalarda yayımlanan proqramları da araşdırıb. Bu zaman “Konuşanlar” verilişinin 209-cu buraxılışında iştirak edən qadının səsləndirdiyi fikirlər əsasında araşdırmaya başlanılıb.

Araşdırma nəticəsində verilişdə özünü “Melike” kimi təqdim edən və peşəsini “professional və VIP masaj mütəxəssisi” adlandıran şəxsin 38 yaşlı Özbəkistan vətəndaşı Mohıçehra Baxtıyorovna olduğu müəyyən edilib.

Yoxlamalar zamanı onun 2021-ci ildən Türkiyədə yaşayış icazəsinə malik olduğu, lakin işləmək üçün tələb olunan rəsmi iş icazəsini almadığı üzə çıxıb. Polis qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğunu müəyyən etdikdən sonra qadın İstanbulun Üsküdar rayonundakı yaşadığı ünvanda saxlanılıb.

Polis idarəsində aparılan prosedurlar başa çatdıqdan sonra Mohıçehra Baxtıyorovna deportasiya prosedurlarının həyata keçirilməsi üçün İstanbul Miqrasiya İdarəsinə tabe olan Arnavutköy Geri Göndərmə Mərkəzinə təhvil verilib.

Yerli KİV-in məlumatına görə, araşdırma qadının televiziya proqramında peşəsi ilə bağlı verdiyi açıqlamalardan sonra başladılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki