image-1backend

Millət vəkili küçənin ortasında BELƏ BICAQLANDI

image-ads-728x90

Yeni Parti Qaziantep millət vəkili Melih Meriç keçmiş CHP Oğuzeli rayon təşkilatının sədri Seydi Ahmet Keleş tərəfindən bıçaqlanıb.

Korrekt.az  TRT Haber-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Seydi Ahmet Keleşin də aralarında olduğu 5 şübhəli saxlanılıb.

Qaziantep valisi Kemal Çeber millət vəkili Meriçin şəhər mərkəzində bıçaqlı hücuma məruz qaldığını bildirib.

Çeber hücumdan sonra Meriçin xəstəxanaya çatdırıldığını deyib:

“Hadisəni diqqətlə izləyirik. Ümid edirəm ki, millət vəkilimizi qısa zamanda aramızda görəcəyik”.

Mərkəzi Şahinbəy rayonunun Akkent məhəlləsində hücuma məruz qalan millət vəkili Meriç Qaziantep Şəhər Xəstəxanasında əməliyyata alınıb.

Hücumu törədən şəxsin əvvəlki dönəmdə CHP Oğuzeli rayon təşkilatının sədri Seydi Ahmet Keleş olduğu və onun axtarışda olduğu bildirilib.

Bu arada hücum anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Görüntülərdə Meriçlə şübhəli S.A.K. arasında əlbəyaxa dava baş verdiyi görünür.

Digər tərəfdən, millət vəkili Meriçin günorta saatlarında icazə verdiyi yaxın mühafizəçisinin hadisə zamanı onun yanında olmadığı öyrənilib.

Qaziantep Şəhər Xəstəxanasına gələn vali Çeber İl Səhiyyə Müdiri Beytullah Şahindən əməliyyatla bağlı məlumat alıb.

Xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama verən Çeber Meriçin vəziyyətinin yaxşı olduğunu bildirib.

Millət vəkilinin əməliyyatının bir qədər əvvəl başa çatdığını deyən Çeber bildirib:

“Millət vəkilimizin vəziyyəti yaxşıdır, çox şükür. Əməliyyatı bir qədər əvvəl başa çatıb. Biz də vəziyyəti anbaan izlədik. Təxminən 1,5 saat əvvəl cənab millət vəkilimiz şəhərimizin küçələrində vətəndaşlarla birlikdə olarkən yanına yaxınlaşan bir şəxslə söhbət edib. Daha sonra söhbətin mübahisəyə çevrilməsi və həmin şəxsin millət vəkilimizi bıçaqlaması ilə nəticələnən hadisə baş verib”.

“Həmin şəxs tanınan biridir, siyasi partiyamızın keçmiş Oğuzeli rayon təşkilatının sədridir. İnşallah, yaxın zamanda onu tutacaqlar. Şəxsin qaçdığı ərazini bilirik və qısa müddətdə onu yaxalayacağımıza inanıram. Millət vəkilimiz əməliyyata alınarkən qorxduğumuz bəzi ssenarilər var idi. Şükürlər olsun ki, onların heç biri baş vermədi və vəziyyəti düzəldi. Bu proses ərzində TBMM sədri Numan Kurtulmuş, daxili işlər naziri Mustafa Çiftçi və səhiyyə naziri Kemal Memişoğlu prosesi yaxından izlədilər. Qaziantep olaraq çox üzüldük. Telefonlarımız susmur. Allah qorudu. Cənab millət vəkilimiz hamımızın çox sevdiyi, gülərüzlü, daim insanlarla, xalqla iç-içə olan bir millət vəkilidir. İnşallah, sağ-salamat sevdiklərinin yanına qayıdacaq. Hadisənin səbəbini bilmirik. Həmin şəxs keçmiş rayon sədridir. Artıq hansı mövzuda mübahisə etdiklərini, əvvəlcə söhbətin necə mübahisəyə çevrildiyini araşdıracağıq. Şəxs tutulduqda ondan soruşacağıq. Cənab millət vəkilimiz özünə gəldikdə hadisəni danışacaq. Mövzu nə olursa olsun, bunun nəticəsi bıçaqlanma və yaralanma olmamalıdır. Bu hadisə hamımızı üzdü. (Şübhəlinin) 27 cinayət qeydiyyatı olan şəxs olduğu bildirilir. Ekipajlarımız qısa müddətdə onu tutacaqlar. Şükürlər olsun ki, millət vəkilimizin həyati təhlükəsi yoxdur”, – o deyib.

TBMM sədri Numan Kurtulmuş Yeni Parti Qaziantep millət vəkili Melih Meriçin bıçaqlı hücuma məruz qalması ilə bağlı sosial media hesabında açıqlama verib.

“Yeni Parti Qaziantep millət vəkili Melih Meriçə qarşı hücumu qınayır, ona tezliklə sağalmasını arzulayıram. Şiddətin heç bir səbəbi, bəhanəsi və legitimliyi ola bilməz. Türkiyə Böyük Millət Məclisi olaraq hər cür şiddətə qarşı durmağa davam edəcək, hücumun bütün aspektləri ilə aydınlaşdırılması və məsul şəxslərin qanun qarşısında cavab verməsi üçün prosesin sonuna qədər işin izləyicisi olacağıq”, – deyə Kurtulmuş bildirib.

Digər tərəfdən, TBMM sədrliyindən verilən açıqlamaya görə, Kurtulmuş Meriçin səhhəti barədə məlumat almaq üçün Qaziantep valisi Kemal Çeberlə telefonla danışıb.

AK Parti sədr müavini və partiya sözçüsü Ömer Çelik də Yeni Parti Qaziantep millət vəkili Melih Meriçə bıçaqlı hücumla bağlı sosial media hesabında paylaşım edib.

Ədliyyə naziri Akın Gürlek Meriçin bıçaqlı hücuma məruz qalması ilə bağlı açıqlama verib:

“Qaziantep millət vəkili cənab Melih Meriçə qarşı törədilən mənfur hücumu şiddətlə qınayıram. Müalicəsi davam edən cənab millət vəkilimizə təcili şəfa diləyir, ailəsinə keçmiş olsun arzularımı çatdırıram. Bu qəbuledilməz hücumun bütün aspektləri ilə aydınlaşdırılması və təqsirkarların ədalət qarşısında cavab verməsi üçün Qaziantep Respublika Baş Prokurorluğu tərəfindən dərhal cinayət işi üzrə istintaqa başlanılıb. Prosesi yaxından və diqqətlə izləyirik. Mənbəyi və səbəbi nə olursa olsun, hər cür şiddətə qarşıyıq. Ədliyyə orqanlarımız bu qaranlıq hücumun bütün tərəflərini ortaya çıxararaq məsul şəxslərin ədalət qarşısında cavab verməsi üçün bütün lazımi addımları qətiyyətlə atır”.

Daxili işlər naziri Mustafa Çiftçi Yeni Parti Qaziantep millət vəkili Melih Meriçə qarşı hücumun bütün aspektləri ilə aydınlaşdırılması üçün lazımi işlərin davam etdirildiyini bildirib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki