İranın dövlət mediasının verdiyi məlumata görə, İran silahlı qüvvələrinin yüksək rütbəli komandirləri öldürülüb.
Korrekt.az xəbər verir ki, daha əvvəl bildirilirdi ki, onlar ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldürülə bilər.
Öldürülən İran silahlı qüvvələrinin komandirlərinin siyahısı:
Baş Qərargah rəisi, general-mayor Seyid Əbdülrəhim Musəvi.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, general-leytenant Məhəmməd Pakpur.
Admiral Əli Şamxani, Müdafiə Şurasının baş hərbi müşaviri və katibi.
Müdafiə naziri, general-mayor Əziz Nəsirzadə.





















