Tanınmış aparıcı Namidə İsayeva Dünyagöz Xəstəxanasında PR və marketinq rəhbəri vəzifəsinə təyin edilib.
Bu barədə o, Facebook səhifəsində yazıb:
“Yeni fəaliyyətim çərçivəsində cəmiyyətin göz sağlamlığının qorunması, maarifləndirmə layihələri və keyfiyyətli tibbi xidmətlərin tanıdılması istiqamətində çalışacağam. Göz sağlamlığınız bizə əmanətdir”.
Xatırladaq ki, bundan öncə Namidə İsayeva Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışıb.





















