image-1backend

Nəsib Məhəməliyev: “Ermənistan konstitusiyasında dəyişiklik edilməli,bu  maddələr çıxarılmalıdır”

image-ads-728x90

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin əksər hissəsi hesablanıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə,   “Vətəndaş müqaviləsi” partiyası səslərin 50 faizindən artığını toplayaraq liderdir. Bununla yanaşı, “Güclü Ermənistan” bloku, “Ermənistan” bloku, “Çiçəklənən Ermənistan” partiyası” 4 faizlik keçid həddini aşıblar. Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib. Maraqlıdır, Ermənistan parlamentində liderlik edəcək iqtidar partiyasının xarici siyasətində, xüsusən, Azərbaycan-Ermənistan münasibətlərində  hansı istiqamətlər müşahidə oluna bilər? Müsahibimiz Milli Məclisin deputatı Nəsib Məhəməliyevdir.

-Nəsib müəllim, ilkin məlumatlara görə, Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası liderliyi qoruyur. Hecə hesab edirsiniz, Paşinyanın qələbəsi Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini nə qədər yaxınlaşdırır?

-Paşinyanın qələbəsi əvvəlcədən bəlli idi. Yəni sürpriz olmadı. Təbii ki, seçkilərin nəticəsi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bir addım da yaxınlaşdırdı. Lakin, indidən yüz faizlik qəti söz demək mümkün deyil. Sülh müqaviləsinin mətni ötən ilin avqust ayının 8-də Azərbaycan və ABŞ prezidentləri İlham Əliyevlə Donald Trampın, Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə paraflanıb. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın prinsipial mövqeyi var. Ermənistan konstitusiyasında dəyişiklik edilməli, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan maddələr çıxarılmalıdır. Ondan ötrü referendum keçirilməlidir. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” bloku koalisiyasız hökumət qurmaq səlahiyyətlərinə malik olsa da, referendum məsələsində problemlərlə üzləşə bilər. Ona görə də, düşünürəm ki, Paşinyan, xarici dövlətlərin maraqlarına xidmət edən radikal müxalifətin, daşnak-millətçilərinin neytrallaşması haqqında düşünməlidir. Hətta, boğaza qədər cinayət çirkabına bulaşmış Robert Koçaryan kimilərinin məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Əks halda, proses uzana bilər.

– Bu qələbənin regionda sülh və sabitliyin təmin olunmasına təsiri nə dərəcədədir?
-Şübhəsiz, Paşinyanın qələbəsi regionda sülhün, sabitliyin təminatı üçün lazım idi və regionda dayanıqlı sülhün bərqərar olmasına müsbət təsir göstərəcəkdir. Seçki marafonu ərzində Paşinyanın irəli sürdüyü əsas narativ, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması idi. Müxalifət isə, tam əks mövqedən çıxış edir, Ermənistanın gələcəyini Rusiya ilə ittifaqda görürdü. Rusiyanın mövqeyi isə, “parçala və hökm sür” prinsipi ilə, Cənubi Qafqaz ölkələrini süni yaradılmış gərginlik vasitəsilə nəzarətdə saxlamaqdır. Seçkilərin nəticələri göstərdi ki, erməni xalqının 50%- i müharibədənsə, qonşularla əməkdaşlığa üstünlük verir. 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı reallıqlardan biri də budur. Ermənilərin psixologiyasını, spesifik xüsusiyyətlərini nəzərə alsaq, düşünürəm ki, qısa zaman üçün fantastik nəticədir. “Dəmir Yumruq” sağ olsun.

– Regionda geosiyasi maraqlarıın toqquşması fonunda proseslər hansı istiqamətdə cərəyan edə bilər?
– Tarixən Cənubi Qafqaz geosiyasi maraqların toqquşduğu məkan olmuşdur. Son iki yüz ildən artıq müddətdə, regionda dominant rol əvvəlcə Rusiya imperiyasına, sonralar isə, Sovet Rusiyasına məxsus olmuşdur. İndi, Rusiya-Ukrayna, ABŞ-İsrail-İran müharibələri fonunda vəziyyət xeyli dəyişib. Türk Dövlətləri Təşkilatı beynəlxalq subyektivliyini xeyli artırıb, Cənubi Qafqaz və Mərkəzi Asiya respublikaları milli maraqlara söykənən müstəqil siyasət aparmağa çalışırlar. Ənənəvi şimal və cənub marşrutlarının bağlı olması üzündən, Şərqlə Qərbi birləşdirən ən qısa yol bizim regiondan keçir. Bütün bunlar, regionun əhəmiyyətini qabarıq şəkildə göstərməklə, həm beynəlxalq birlik, həm də region xalqları tərəfindən qəbul olunur. Hesab edirəm ki, bundan sonra region üçün münaqişələrdən, qarşıdurmalardan daha çox, əməkdaşlıq dövrü başlayır.

– Ermənistandakı revanşist qüvvələr TRİİP layihəsinin reallaşmasına əngəl törədə bilərmi?
-TRİİP layihəsinin taleyini Ermənistandakı revanşist qüvvələr müəyyən etmir. TRİİP beynəlxalq layihədir və onun həyata keçirilməsinə ABŞ tərəfindən zəmanət verilmişdir. Cənab Prezident bu günlərdə ictimaiyyət qarşısında bu məsələyə bir daha aydınlıq gətirdi. TRİİP -in və yaxud Zəngəzur dəhlizinin fərq etməz, açılması, Azərbaycan üçün strateji məsələdir və zamanın tələbidir. Heç bir qüvvə bunun qarşısını ala bilməz.olaylar.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki