Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, təhsil müəssisələrinin rəhbərləri, eləcə də rayonun təhsil işçiləri iştirak ediblər. İlk öncə iştirakçılar Mərkəzin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfrans işinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransı giriş sözü ilə açan Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektorunun müdiri Mədəd Zeynalov hesabat məruzəsi ilə çıxış edib. 2025-2026-ci tədris ilində Ağstafa rayonu üzrə Təhsil sektorunun fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb Ağstafa RİH başçısı Seymur Orucov çıxışında yeni tədris ilində konfrans iştirakçılarına müvəffəqiyyətlər arzu edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan, maddi-texniki bazanın gücləndirilməsindən, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısından söz açıb. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov 2025-2026-cı tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Konfrans ayrı-ayrı fənlər üzrə panel müzakirələrinin keçirilməsi ilə dava edib.




























