image-israel-prime-minister-benjamin-netanyahu-addresses-us-congress-washington-dc-july-24-2024backend

Netenyahunu öldürmək planı baş tutmadı: Mossad planı ifşa etdi

image-ads-728x90

İsrailin xarici kəşfiyyat xidməti Mossad İran kəşfiyyatının ölkənin yüksəkvəzifəli rəsmilərini hədəfə almaq məqsədilə xarici agentləri İsrailə göndərmək cəhdinin qarşısının alındığını açıqlayıb.

Agentlərin əsas hədəfi Bünyamin Netenyahu və hökumətin yüksək vəzifəli şəxsləri olub.

Korrekt.az xəbər verir ki, Mossadın yaydığı məlumata görə, istintaq zamanı əməliyyatın təşkilində Fransada yaşayan və “Filipp” ləqəbi ilə tanınan Tura Özkurun əsas fiqurlardan biri olduğu müəyyən edilib. Bildirilir ki, o, müxtəlif ölkələrin vətəndaşlarını xüsusi əməliyyat qrupu üçün cəlb etmək və onların İsrailə göndərilməsini təşkil etməkdə ittiham olunur.

İsrail tərəfinin iddiasına əsasən, Tura Özkur bir neçə dəfə İrana səfər edərək kuratorları ilə görüşüb, tapşırıqlar alıb və bunun müqabilində ödəniş əldə edib. Fəaliyyətinin ifşa olunmasından sonra isə onun Fransadan deportasiya edildiyi bildirilib.

Mossad, həmçinin əməliyyata rəhbərlik etdiyi iddia olunan İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) bəzi əməkdaşlarının adlarını da açıqlayıb. İsrail tərəfi onların arasında göstərilən Əsədulla Bazad Ohussari adlı şəxsin Qəzza zolağında davam edən müharibə zamanı zərərsizləşdirildiyini iddia edir.

image-img_20260724_000146

İran rəsmiləri isə hələlik Mossadın səsləndirdiyi bu iddialarla bağlı rəsmi açıqlama verməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki