Keçmiş CHP sədri Özgür Özəl yeni partiya ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Korrekt.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özəl partiyanın mümkün hüquqi problemlərlə üzləşəcəyi halda yeni bir partiya lazım olduğunu bildirib.
O vurğulayıb ki, “fəlakət ssenarisi” kimi qiymətləndirilən ehtimallara qarşı yeni partiya hazırlıqları artıq başlayıb.
Özəlin sözlərinə görə, CHP-nin seçkilərdə iştirak hüququnu itirməsi və ya qəfil seçki qərarı kimi hallarda ehtiyat variantın olması vacibdir.
Bununla yanaşı, o, CHP-ni tərk etmək niyyətində olmadıqlarını vurğulayıb.
Erkən seçki ehtimalına münasibət bildirən Özəl noyabrda seçki keçirilməsini dəstəkləyəcəyini deyib. “Namizədimizi müəyyənləşdirərik və prezidenti dəyişərik”, – deyə o qeyd edib.publika.az





















