image-1backend

Özünü hakim kimi tanıdıb milyonlar qazandı – həyat yoldaşı belə illərlə həqiqəti bilməyib  

image-ads-728x90

Türkiyənin İstanbul şəhərində özünü hakim kimi təqdim edərək vətəndaşları aldatmaqda şübhəli bilinən cinayətkar dəstəyə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Korrekt.az Türkiyə mediasına isitnadən xəbər verir ki, Silivri Baş Prokurorluğunun koordinasiyası, İstanbul Vilayət Jandarma Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilən əməliyyat “Cinayət törətmək məqsədilə təşkilat yaratma” və “Ağır dələduzluq” maddələri üzrə aparılan istintaq çərçivəsində baş tutub.

İstintaqın məlumatına görə, cinayətkar qrupun rəhbəri olduğu iddia edilən K.A. özünü hakim kimi təqdim edərək hüquqi problemləri olan şəxslərə məhkəmə işlərini həll edəcəyini vəd edib, bunun müqabilində isə onlardan külli miqdarda pul alıb.

Əməliyyat zamanı, aralarında üç vəkilin də olduğu ümumilikdə beş şübhəli barəsində tədbir görülüb. Onlardan dördü saxlanılıb, bir nəfərin isə başqa cinayət işi üzrə artıq həbsdə olduğu bildirilib.

Şübhəlilərin yaşadığı ünvanlarda aparılan axtarış zamanı bir hakim xalatı, 285 qram qızıl külçə, 6 990 avro, 8 080 ABŞ dolları, ümumi dəyəri 1 milyon avro olan veksellər, iki bank çıxarışı, dörd mobil telefon və bir USB yaddaş daşıyıcısı aşkar edilərək götürülüb.

İstintaq zamanı diqqət çəkən daha bir məqam isə K.A.-nın ailəsi ilə bağlı olub. İddialara görə, əməliyyat zamanı mənzil sakinləri onun qaçırıldığını düşünərək polisə müraciət ediblər. Hətta K.A.-nın həkim işləyən həyat yoldaşının da uzun müddət ərinin həqiqətən hakim olduğuna inandığı bildirilir.

Faktla bağlı istintaq davam edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki