image-resize-8backend

Parlamentin vitse-spikerinə TÖHMƏT VERİLDİ

image-ads-728x90

Milli Məclis sədrinin müavini Rafael Hüseynova töhmət elan edilib.

Korrekt.az  xəbər verir ki, buna səbəb Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olan vitse-spikerin Milli məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.

Belə ki, VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclasında bildirilib ki, VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışı nə etik, nə də siyasi baxımdan yolveriləndir: “Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir və ona töhmət elan edilməsi barədə qərar qəbul edilib”./Modern.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki