image-1backend

Paşinyan: Bu üç şeyin reallaşması sülhün özüdür – Təsəvvür edin, biz Azərbaycana gedib-gəlirik

image-ads-728x90

“Məsələn, mən olacaq üç şeyi dəqiq bilirəm: dəmir yolu, avtomobil yolu, elektrik ötürücü xətləri. Bu üç şeyin olacağına 100% əminəm. Bu üç şeyin reallaşması — elə sülhün özüdür. Təsəvvür edin, biz Azərbaycana gedib-gəlirik, Azərbaycan Ermənistan ərazisindən keçib gedib-gəlir, qatarlar keçir, gedir və s. və ilaxır — sülh elə budur”.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Sülh kəsişməsi” (TRIPP) layihəsi haqqında danışarkən deyib.

“Və təbii ki, biz sülh müqaviləsinin imzalanması və ratifikasiyası istiqamətində, həmçinin digər məsələlər istiqamətində işləri davam etdirəcəyik. Biz itkin düşmüş qardaşlarımızla bağlı problemləri unutmamışıq. Azərbaycanın da itkin düşənlərlə bağlı problemləri var. Biz bu məsələlərin əməkdaşlıq yolu ilə həll olunmalı olduğunu təsəvvür edirik. Çünki itkin düşmüş azərbaycanlı şəxslərin yerini onlar bizim köməyimiz olmadan təkbaşına tapa bilməzlər, biz də onların köməyi olmadan tapa bilmərik”, – o bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki