image-ziomktzqbsn1j2nubackend

Paşinyanın ən yaxın adamı istefa ərizəsi yazdı: İrəvanda nə baş verir?

image-ads-728x90

Ermənistanın Baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Harutyunyanın vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazıb.

Korrekt.az  ArmLur.am nəşrinə istinadən xəbər verir ki, bu barədə nəşrin hökumətdəki məlumatlı mənbələri xəbər veriblər.

Məlumata əsasən, Harutyunyan yaxın vaxtlarda tutduğu vəzifəni tərk edə bilər.
Eyni zamanda, xəbərdə qeyd olunur ki, Araik Harutyunyan parlament mandatından imtina etməyib. Belə ki, Ermənistan Mərkəzi Seçki Komissiyası ArmLur.am-a onun deputat mandatından imtina ilə bağlı hər hansı ərizə təqdim etmədiyini təsdiqləyib.

Hələlik Ermənistan hökuməti Araik Harutyunyanın istefası ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki