Rusiyadan vətənə qayıdan 55 yaşdan aşağı Ermənistan vətəndaşları məcburi qaydada 25 günlük hərbi təlimlərə göndərilir.
Korrekt.az xəbər verir ki, bu barədə məlumatı öz etibarlı mənbələrinə istinadən Ermənistanın “Past” qəzeti yayıb.
Nəşrin iddiasına görə, artıq start verilmiş bu prosesin pərdəarxası məqsədi tamamilə seçkilərlə bağlıdır. Hakimiyyət bu addımla həmin şəxslərin iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa rəsmi qurumların “nəzarəti” altında səs verməsini təmin etmək istəyir.
Bundan əlavə, qəzet vurğulayır ki, Paşinyan hökuməti bu üsulla Rusiyada yaşayan digər soydaşlarına göz dağı verməyi hədəfləyir. Hakimiyyət təlim bəhanəsi ilə vətəndaşları qorxutmağa və seçki gününə qədər Rusiyadan Ermənistana potensial müxalif seçici axınının qarşısını almağa çalışır.konkret.az





















