İngiltərənin Manchester City klubunun baş məşqçisi Pep Guardiola Real Madrid ilə UEFA Çempionlar Liqası qarşılaşması öncəsi oyunçularına sərt mesaj göndərib.
Korrekt.az xəbər verir ki, mütəxəssis bildirib ki, komandada geridönüşə inanmayan futbolçular meydanda yer almamalıdır:
“Əgər oyunçular Real Madridə qarşı geridönüş edə biləcəyimizə inanmırlarsa, bu onların problemidir. Onlar artıq böyüyüblər. Yaxşı maaş alırlar. Anaları və ataları onlara yaxşı tərbiyə veriblər.”
Qvardiola əlavə edib ki, Çempionlar Liqasında mübarizə aparan futbolçuların inamsızlığa yer verməsi qəbuledilməzdir:
“UEFA Çempionlar Liqasında buna inanmayanlar evə getsinlər və evdə qalsınlar. Biz sınamalıyıq. İtirəcək nəyimiz var?”





















