Korrekt.az xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian ölkədə yaşanan elektrik enerjisi böhranına toxunaraq bildirib ki, sənaye müəssisələrinin fəaliyyətinin davam etməsi üçün elektrik kəsintisi olmamalıdır.
Pezeşkian çıxışında deyib:
“Mən energetika nazirinə dedim ki, əvvəlcə hökumətin elektrik enerjisini kəsməyə hazırıq, digər dövlət qurumlarında da kəsinti ola bilər, ancaq sənaye müəssisələrinin elektrik enerjisini kəsməyin. Bu, bizim səmimi şəkildə inandığımız bir məsələdir. Bu, sadəcə şüar deyil və elə düşünməyin ki, bunu nəzakət xatirinə deyirik”.





















