Bu gün İran prezidenti Məsud Pezeşkian mərhum ali lider Əli Xameneyinin xatirəsinə həsr olunmuş mərasimdə çıxış edərək ölkənin xarici siyasəti və ABŞ ilə münasibətlər barədə danışıb.
Korrekt.az xəbər verir ki, Pezeşkian bildirib ki, mərhum ali lider dəfələrlə “nə müharibə, nə də sülh” vəziyyətinin davam etməməli olduğunu vurğulayırdı.
Prezidentin sözlərinə görə, bəzi hallarda dövlət televiziyasında danışıqların aparılmaması ilə bağlı mesajlar yayımlandıqdan sonra məsələ birbaşa müzakirə olunub və sual ortaya çıxıb ki, əgər ölkə nə müharibə, nə də sülh vəziyyətində qalmaq istəmirsə, danışıqlardan necə imtina etmək olar.
Pezeşkian qeyd edib ki, bu müzakirələrdən sonra mərhum ali lider danışıqların davam etdirilməsinə razılıq verib və problemin diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb.





















