image-1backend

Pezeşkian Müctəba Xameneiyə 28 məktub yazıb: Təhdid etdiyi idda olunur

image-ads-728x90

“Məsud Pezeşkian hökuməti İranın Ali rəhbəri Müctəba Xameneiyə ABŞ ilə danışıqlarda israrını bildirdiyi, hətta onu təhdid etdiyi 28 məktub göndərib”.

Korrekt.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Əbülfəzl Əbuturabi deyib.

O iddia edib ki, parlament sədri Məhəmməd Baqir Qalibaf və Prezident Məsud Pezeşkian “ABŞ ilə danışıqlar tələsi”nə düşüb:

“Hazırda ABŞ ilə danışıqlardan bəhs edən hər kəsin ağlına şübhə ilə yanaşmaq lazımdır”.

Əbuturabi əlavə edib ki, İran daha iki həftə müharibəyə tab gətirə bilsəydi, ABŞ və Prezident Donald Tramp danışıqlar başlamazdan əvvəl Tehranın bütün tələblərini qəbul edəcəkdi.Publika.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki