image-1backend

Politoloq: Rusiyanın Cənubi Qafqazda əvvəlki mövqeyini bərpa etməsi artıq mümkün deyil  

image-ads-728x90

“Rusiya Cənubi Qafqazda itirdiyi mövqeyini yenidən bərpa etməyə çalışır. Lakin mövcud geosiyasi reallıqlar göstərir ki, bu artıq mümkün deyil”.

Bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında deyib.

Onun sözlərinə görə, Kremlin son dövrlərdə Cənubi Qafqaz ölkələrinə təzyiqləri də məhz bu məqsədə xidmət edir.

“Rusiya bölgədə əvvəlki təsir imkanlarını geri qaytarmağa çalışır. Ancaq indiki şəraitdə bunun baş verməsi real görünmür. Çünki Gürcüstan və Ermənistan Qərblə əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atır. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas tərəfdaşlardan biridir və Qərbin etibarlı enerji mənbəyi kimi strateji əhəmiyyət daşıyır. Bütün bunlar Rusiyanın Cənubi Qafqazda əvvəlki mövqeyini bərpa etməsini xeyli çətinləşdirir”, – deyə politoloq bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki