Polşa Avropa Birliyinin SAFE müdafiə krediti proqramı çərçivəsində şərq sərhədində pilotsuz təyyarələr üçün 44 milyard avro ayıracaq. Korrekt.az RİA Novosti- yə istinadən verdiyi məlumata görə , bu barədə Polşanın baş naziri Donald Tusk bildirib.
Oktyabrın 20-də Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek ölkənin şərq sərhədində pilotsuz təyyarələrə qarşı sistem qurduğunu elan etdi. O, əlavə edib ki, dron əleyhinə sistemin 2026-cı ildə tamamlanması planlaşdırılır.
“SAFE proqramından Şərq Qalxanı üçün pilotsuz təyyarə texnologiyasının alınmasına təxminən 44 milyard avro ayrılacaq… Bu, uzunmüddətli diplomatik səy idi, lakin sonda biz bütün Avropanın birmənalı razılığını aldıq”, – Tusk Nazirlər Kabinetinin iclasını açaraq deyib.





















