image-media-7d007103-2826-4e90-b06e-ec5ec82af77e-zh3g9w-960x640backend

TÜRKİYƏ–AZƏRBAYCAN QARDAŞLIĞINDAN ƏLİNİZİ ÇƏKİN!

image-ads-728x90
Görünür, içimizdəki bəzi türk düşmənləri hələ də sakitləşmək istəmirlər. Bilərəkdən, yaxud bilməyərəkdən, bəlkə də bağlı olduqları müəyyən güc mərkəzlərinin göstərişi ilə yenidən Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmağa, süni gərginlik yaratmağa çalışırlar.

media-khm_6624-jpg

Halbuki Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qarabağ fatehi, Azərbaycan Prezidenti İlham Əliyevin və ailələrinin birlikdə nümayiş etdirdikləri o səmimi mənzərə bütün dünyaya bir mesaj idi: Azərbaycanla Türkiyə təkcə iki müttəfiq dövlət deyil, bir millətin iki dövlətidir! Bu qardaşlığın arasına heç kim girə bilməz!

Amma görünür, bu birlik kimlərinsə yuxusunu qaçırır. Biri ziyalı adına yaraşmayan ifadələrlə çıxış edir, digəri özünü iki ölkənin münasibətlərinin təəssübkeşi kimi göstərərək ağzına gələni danışır. Sanki məqsəd münasibətləri qorumaq deyil, yenidən gərginlik yaratmaqdır.

Belələrinə sözüm çox qısadır: Əgər bu qardaşlığa bir xeyriniz dəymirsə, heç olmasa zərər verməyin! Susun! Millətin taleyi, iki qardaş dövlətin münasibətləri sizin şəxsi ambisiyalarınızın, siyasi oyunlarınızın meydanı deyil!

Azərbaycanla Türkiyəni qarşı-qarşıya qoymaq istəyənlər bilməlidirlər ki, bu münasibətlər dünən yaranmayıb ki, bu gün kiminsə məsuliyyətsiz bəyanatı ilə dağılsın.

Bu qardaşlıq tarixdən, ortaq taledən, milli yaddaşdan, Çanaqqaladan, Qafqaz İslam Ordusundan, Qarabağdan və Şuşa Zəfərindən güc alır.

Azərbaycan–Türkiyə qardaşlığını pozmaq istəyənlərin arzuları gözlərində qalacaq!

Artıq bu biabırçılığa son qoyun! Dövlətlərimizin və millətimizin birliyindən əlinizi çəkin!

Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!

Tənzilə Rüstəmxanlı 

Milli Məclisin deputatı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki