image-1backend

Putin arzusunu realllaşdıra biləcəkmi? – Zelenski Qərbin simvoluna çevrilir

image-ads-728x90

Rusiya-Ukrayna müharibəsinin uzanması təkcə cəbhə xəttində deyil, siyasi müstəvidə də yeni ssenariləri gündəmə gətirir. Son günlər Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın gələcəyi və ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər müharibədən sonrakı mümkün geosiyasi düzən barədə müzakirələri yenidən aktuallaşdırıb.

Putin bildirib ki, Ukraynanın qərb bölgələri tarixən Polşa, Macarıstan və Rumıniya ilə bağlı olub və zaman keçdikcə “tarixi ədalətin” bərpa olunacağını istisna etməyib. Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı vaxtilə Rusiya olub.

Bu yanaşma Kremlin uzun müddətdir müdafiə etdiyi tarixi-siyasi tezislərin davamı kimi qiymətləndirilir. Rusiya rəhbərliyi dəfələrlə müasir Ukraynanın sərhədlərinin SSRİ dövründə formalaşdırıldığını və ölkənin bəzi bölgələrinin tarixən digər dövlətlərin tərkibində olduğunu vurğulayıb.

Analitiklər hesab edirlər ki, Putinin bu açıqlamaları yalnız Ukraynaya deyil, eyni zamanda Qərb ölkələrinə siyasi mesaj xarakteri daşıyır. Çünki Polşa, Macarıstan və Rumıniyanın Ukraynanın bəzi qərb bölgələri ilə bağlı tarixi bağlılıqları mövcuddur.

Lakin hazırkı mərhələdə həmin ölkələrin Kiyevə qarşı ərazi iddiası irəli sürməsi real görünmür. Onlar həm NATO, həm də Avropa İttifaqının üzvləri kimi Ukraynanın suverenliyini dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Bununla belə, müharibənin uzanması regionda yeni siyasi və təhlükəsizlik riskləri yarada bilər.

Münaqişənin davam etməsi tərəflər üçün müxtəlif nəticələr doğurur. ABŞ Ukrayna ilə strateji resursların istismarı sahəsində əməkdaşlıq müqavilələri bağlayıb. Avropa ölkələri isə Kiyevə hərbi və maliyyə dəstəyini davam etdirirlər.

Bəzi ekspertlər hesab edirlər ki, müharibənin uzanması Qərbin Ukraynadakı təsir imkanlarını artırır. Digər analitiklər isə bunun həm Ukrayna, həm də Avropa üçün iqtisadi və təhlükəsizlik baxımından ağır nəticələr doğurduğunu vurğulayırlar.

Müharibənin davam etməsi fonunda Ukraynanın daxili siyasi gələcəyi də müzakirə mövzusuna çevrilib. Bəzi siyasi şərhçilər hesab edirlər ki, ölkənin qarşısında duran əsas vəzifə uzunmüddətli təhlükəsizlik modelinin formalaşdırılması və diplomatik həll yollarının genişləndirilməsidir.

Bu yanaşmaya görə, Kiyevdə mümkün siyasi dəyişikliklər gələcək danışıqlar prosesinə təsir göstərə bilər. Bununla yanaşı, Ukrayna hakimiyyəti isə dəfələrlə bəyan edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi kompromis mövzusu deyil və müharibənin başa çatması yalnız beynəlxalq hüquq normaları çərçivəsində mümkündür.

Rusiya-Ukrayna müharibəsi artıq regional münaqişə çərçivəsini aşaraq qlobal geosiyasi qarşıdurmanın əsas elementlərindən birinə çevrilib. Müxtəlif siyasi dairələr tərəfindən Ukraynanın gələcəyi ilə bağlı fərqli ssenarilər irəli sürülsə də, onların hansı dərəcədə reallaşacağını indidən söyləmək çətindir.

Aydındır ki, müharibənin uzanması həm Ukrayna, həm də region ölkələri üçün yeni siyasi, iqtisadi və təhlükəsizlik çağırışları yaradır. Münaqişənin gələcək inkişafı isə əsasən tərəflərin hərbi vəziyyəti ilə yanaşı, diplomatik proseslərin hansı istiqamətdə irəliləyəcəyindən asılı olacaq.

Bir sözlə keçən hər gün Ukraynanın qalib ölkəyə çevrilməsinə şərait yaradır. Bu həm siyasi arenada, həm də döyüş meydanında özünü göstərir. Artıq rəsmi Kiyev Qərbdə savaşın simvolu kimi qəbul edilir. Bir sözlə Rusiyanın müharibə başlayandan bəri ən çətin durumda olduğunu Qərbdə də anlayırlar. Rusiyanın minlərlə kilometr içərilərində hava məkanına nəzarəti ələ keçirən Ukrayna öz istədiyini həyata keçirir. Buna qarşılıq olaraq isə nə rəsmi Kremlin, nə də Rusiya ordusunun cavabı yoxdur. Bu isə Zelenskinin qalib sərkərdə imicinin daha da gücləndirir.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki