Kremlin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Korrekt.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti İlham Əliyevə Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilində göstərdiyi səmərəli köməyə görə təşəkkür edib.
Putin və Əliyev Yaxın Şərqdə hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının və diplomatik həll yolunun tapılmasının vacibliyini vurğulayıblar.





















