image-1backend

Qalibafın müşaviri: “Heç kim  Trampla razılığa gələ bilməz” 

image-ads-728x90

Korrekt.az xəbər verir ki,  İran parlamentinin sədrinin müşaviri Məcid Şakeri ABŞ prezidenti Donald Trampla razılığa gəlməyin mümkün olmadığını bildirib.

“Heç kim Trampla razılığa gələ bilməz. Hazırkı komanda heç kimlə razılığa gələ bilməyib və bizimlə də razılığa gələ bilməyəcəklər. Hamı sadəcə onun prezidentlik müddəti bitənə qədər ‘dişlərini sıxıb gözləməyə’ çalışır”, – deyə, Şakeri vurğulayıb.

Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası davamlı razılaşmalara nail olmaq iqtidarında deyil və digər ölkələr əsasən Trampın prezidentlik müddətinin qalan hissəsinin başa çatmasını gözləyirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki