II İohann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası olaraq 1978-2005-ci illər arasında katolik xristianların dini lideri olub. Vatikan tarixində ilk dəfə olaraq II İohann Pavel 1999-cü ilin mayın 14-də dünyanın gözü önündə Quranı öpdü. Eyni zamanda 2 min il ərzində Roma Papası olaraq Məhəmmədin (s) Allahın elçisi olduğunu etiraf edən yeganə şəxs idi.
Onun ölümündən öncə “Məxfi vəsiyyətnaməsi” olduğu barədə xəbərlər dolaşırdı. Papa II İoann Pavelin vəfatından bir neçə gün sonra onun vəziyyəti dünyanın aparıcı media resurslarında dərc edildi.
22 səhifəlik vəsiyyətnamə Papanın yaxın dostu və katibi Stanislav Dziviş tərəfindən sonradan təkzib edildi və belə bir sənədin uydurma olduğunu bəyan etdi. Bundan sonra bütün dünya mediasında bu yazı həm online, həm kağız formasında yığışdırılır.
O dövrdə qəzetlərdə çıxan vəsiyyətnamənin surətini saxlamışam və bu gün dünyada baş verən hadisələri görəndə orda olan bəzi qeydləri sizlərlə bölüşmək istəyirəm:
1) “Heç kimin gözləmədiyi bir anda böyük bir müharibə başlayacaq. Bu, bildiyimiz müharibələrə bənzəməyəcək. Göy üzündən od və tüstü yağacaq, okeanlar buxarlanacaq. Yer kürəsinin bir tərəfi digər tərəfi ilə amansızcasına vuruşacaq və milyonlarla insan bir neçə saatın içində məhv olacaq.”
2) “Müharibənin gətirdiyi partlayışlar və iqlim dəyişikliyi nəticəsində dənizlər sahilləri udacaq”
3) “Gələcək müharibələr torpaq üçün deyil, inancların toqquşması üzərində qurulacaq.”
4) “Dünya liderləri sülhdən danışsalar da, gizlində daha böyük qırğınlara hazırlaşırlar. Bu mənəvi tənəzzülün sonu mütləq böyük bir qlobal toqquşma ilə bitəcək”
5) “Müharibə Şərqlə Qərb arasında olacaq, lakin bütün dünyanı (hətta ən uzaq adaları belə) ağuşuna alacaq”
6) “Qərb və Şərq arasında qanlı döyüşün tam ortasında yer kürəsi 72 saatlıq qaranlığa bürünəcək”.
7) “Böyük dövlətlərin rəhbərləri (ABŞ, Rusiya, Avropa liderləri) bu fəlakətin gəldiyini biləcəklər, lakin xalqın içində panika yaratmamaq üçün son ana qədər susacaqlar. Onlar özləri üçün yeraltı şəhərlər hazırlayacaqlar, lakin bu sığınacaqlar da onları xilas etməyəcək.”
8) “İnsanlar könüllü olaraq öz azadlıqlarını texnologiyaya təslim edəcəklər. Hər kəs izləniləcək və hər kəsin hərəkəti qeydə alınacaq.”
9) “Sarı irq” müharibənin ilk mərhələsində susacaq, lakin Amerika və Rusiya zəiflədikdən sonra “iki yüz milyonluq bir ordu” ilə hərəkətə keçəcək. Onlar qarşılarına çıxan hər şeyi udacaqlar.
Əlbətdə, böyük ehtimalla bu media yayılan vəsiyyətnamə kimlərinsə dini kitablar və Nostradamus, Vanqa və digərlərindən ilhamlanaraq yaydığı fake xəbər də ola bilər.
Hər şeyi yaradan və görəndən başqa sabahın necə olacağını bilən yoxdur. Tarix boyu bu cürə xəbərlər olub, olacaq da. Lakin bəzən hadisələrin deyilənlərə üst üstə düşməsi sadəcə sual işarəsi yaradır.
Prof.Dr. Zaur Əliyev





















