Korrekt.az xəbər verir ki, Kriştiano Ronaldonun 61 milyon funt sterlinq dəyərində şəxsi təyyarəsi gecə saatlarında Səudiyyə Ərəbistanını tərk edib. Bu, futbolçunun artan gərginlik fonunda ölkəni tərk etməyə tələsdiyi barədə şayiələrə səbəb olub.
Ronaldo həyat yoldaşı Georgina Rodriguez və beş uşağı ilə Ər-Riyadda yaşayır. Paytaxt da ardıcıl dördüncü gündür ki, İranın pilotsuz təyyarələrinin hücumlarına məruz qalır.
Dronlar həmçinin gecə Ər-Riyaddakı ABŞ səfirliyinə də hücum edib. Bəzi əcnəbilər Yaxın Şərqi sürətlə tərk etsələr də, Ronaldonun Madridə getməsi ilə bağlı xəbərlər internetdə yayılıb.





















