image-1backend

Rusiya bu yaşayış mətnəqəsini işğal etdi

image-ads-728x90

Rusiya Müdafiə Nazirliyi Zaporojye bölgəsindəki Varvarovka yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Şərq hərbi birləşmələri Ukrayna ordusunun müdafiə xətlərini yararaq irəliləməyə davam edir və Varvarovka kəndinin azad edilməsi başa çatıb.

Korrekt.az xəbər verir ki, bəyanatda həmçinin bildirilib ki, Rusiya qoşunları Ukrayna ordusuna aid anbarlar və xarici muzdluların müvəqqəti yerləşdiyi obyektlər daxil olmaqla, ümumilikdə 142 hədəfi vurub.

Nazirlik əlavə edib ki, gecə ərzində Ukraynanın istifadə etdiyi 235 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Yerli vaxtla saat 08:00–12:00 arasında daha 10 dronun vurulduğu qeyd olunub.

Bu açıqlama Ukrayna ilə Rusiya arasında davam edən hərbi əməliyyatların gərginliyini göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki