image-image_750x_69273730c5068backend

Rusiya pilotsuz təyyarəsi Moldovada qalmaqal yaratdı – Rusiyaya nota VERİLDİ

image-ads-728x90

2025-ci il noyabrın 26-da Rusiya mənşəli olduğu bildirilən pilotsuz uçuş aparatlarının Moldova hava məkanını pozması rəsmi Kişinyovun kəskin etirazına səbəb olub. Korrekt.az xəbər verir ki, insidentlə bağlı Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Oleq Ozerovu izahat vermək üçün quruma dəvət edib.

Diplomat XİN binasına daxil olduqdan sonra Floreşti rayonunda aşkar edilən pilotsuz təyyarələrdən biri binanın qarşısına gətirilib. Moldova tərəfinin Rusiya səfirinə hadisənin qəbuledilməz olduğunu rəsmi şəkildə bildirməsi gözlənilir.

Moldovanın xarici işlər naziri Mixay Popşoy həmin gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya səfirinin “təyyarələrin Rusiyaya məxsus olduğuna dair sübut verilməlidir” bəyanatı artıq cavablandırılıb:

“Floreştidə pilotsuz təyyarənin qəzaya uğramasından bir gün əvvəl sübutlar təqdim edilib. Əvvəlki etiraz notalarımızda da qeyd etmişik ki, bu kimi hallar Moldovanın suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradır. Bu hadisələr yolverilməzdir”.

Hadisə Moldova ilə Rusiya arasında münasibətlərdə yeni gərginlik dalğası yaradıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki