image-1backend

Rusiya və Ukrayna gecə ərzində zərbələrə məruz qalıb: ölən və yaralananlar var

image-ads-728x90

Rusiya və Ukrayna gecə ərzində qarşılıqlı zərbələr endirib.

Korrekt.az UNIAN-a istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın Zaporojye, Nikolayev və Pavloqrad şəhərlərinə zərbələr endirib.

Zaporojyedə baş verən hücum nəticəsində azı 5 nəfər həlak olub, 20 nəfər yaralanıb. Şəhərdə bir sıra obyektlərə və yaşayış binalarına ziyan dəydiyi bildirilir.

Eyni zamanda, Rusiyanın Voronej vilayətində də dron hücumu nəticəsində yanğın baş verib.

TASS-ın məlumatına görə, Voronej vilayətində yerləşən “Wildberries” şirkətinin logistika müəssisələrindən əməkdaşlar təxliyə edilib. Dronun düşməsi nəticəsində şirkətin iki anbarında yanğın baş verib.

Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin isə yaralandığı bildirilir.

Hücumların nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki