image-hwe3xtfdptqyhgnbbackend

Rusiyada yaşayan miqrantlara şok qadağa: Yaşayış icazələri ləğv ediləcək

image-ads-728x90

Rusiya Dövlət Duması miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində yeni qanunvericilik təşəbbüslərini müzakirəyə çıxarmağa hazırlaşır.

Korrekt.az xəbər verir ki, Dumanın sədri Vyaçeslav Volodin bildirib ki, gələn həftə baxılacaq qanun layihələrindən biri Rusiya ərazisində və ya xaricdə törədilmiş hər hansı cinayətə görə ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan əcnəbilərin Rusiya vətəndaşlığı və ya ölkədə daimi yaşamaq hüququ əldə etməsini istisna etməyi nəzərdə tutur.
Layihəyə əsasən, belə fakt sonradan aşkar edilərsə, həmin şəxslərə əvvəllər verilmiş yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi də ləğv olunacaq.
Qeyd olunur ki, bu qaydalar Rusiyada qaçqın statusu almış, həmçinin siyasi və ya müvəqqəti sığınacaq verilmiş xarici vətəndaşlara şamil edilməyəcək.

Volodin vurğulayıb ki, 2024-cü ildən etibarən miqrasiya sahəsində qayda-qanunun gücləndirilməsi məqsədilə 30 federal qanun qəbul edilib. Onun sözlərinə görə, formalaşdırılmış hüquqi baza sayəsində təkcə 2026-cı ilin iyun ayında 60 mindən çox miqrasiya pozuntusu aşkarlanıb, 2 min cinayət işi başlanıb, 14,6 min miqrant deportasiya edilib, 29,3 min xarici vətəndaşın Rusiyaya girişinə məhdudiyyət qoyulub.
Bundan başqa, qanunsuz şəkildə miqrantları əmək fəaliyyətinə cəlb edən 10,4 min işəgötürənin müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunduğu bildirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki