Rusiyanın “AvtoVAZ” şirkəti “Lada Granta” modelində aşkarlanmış texniki nasazlıqlarla əlaqədar 33 min 450 ədəd avtomobili bazardan geri çağırıb.
Korrekt.az xəbər verir ki, bu barədə “Rosstandart”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, geri çağırma çərçivəsində avtomobillər yoxlamadan keçiriləcək və müəyyən edilmiş problemlər aradan qaldırılacaq. Yoxlamalar zamanı “həssas” hesab edilən hissələr aşkar olunarsa, onlar yeniləri ilə əvəz ediləcək.
Qeyd olunub ki, bu, “AvtoVAZ” tərəfindən istehsal olunan avtomobillərin texniki təkmilləşdirilməsi məqsədilə bazardan geri çağırılması ilk hal deyil. Şirkət bundan əvvəl də oxşar səbəblərlə bir sıra modellər üzrə yoxlamalar həyata keçirib.





















