image-63a5a1371328544b60bfcc5a6c1833d2backend

Rusiyanın yeni təyyarəsi: Boeing və Airbus-a meydan oxudu 

image-ads-728x90

Rusiyada xarici komponentlərin yerli analoqlarla əvəz edildiyi ilk seriyalı MS-21 sərnişin təyyarəsi ilk uçuşunu uğurla həyata keçirib.

Korrekt.az xəbər verir ki, Birləşmiş Təyyarə Korporasiyasının (OAK) məlumatına görə, uçuş 1 saat 23 dəqiqə davam edib. Təyyarə 6000 metrədək yüksəkliyə qalxıb və cihaz üzrə sürəti saatda 600 kilometrədək çatıb.

Uçuş zamanı MS-21-in müxtəlif konfiqurasiyalarda dayanıqlığı və idarəolunması, həmçinin Rusiya istehsalı olan sistemlərin fəaliyyəti yoxlanılıb. Sınaqların əsas məqsədlərindən biri xarici avadanlıqların əvəzinə quraşdırılmış yerli sistemlərin real uçuş şəraitində necə işlədiyini müəyyənləşdirmək olub.

“Rostex”də bildirilib ki, ilk seriyalı təyyarənin uğurlu uçuşu MS-21-lərin seriyalı istehsalı üçün zəruri istehsal zəncirinin hazır olduğunu göstərir. Xüsusilə ilk mərhələdə 18 təyyarədən ibarət partiyanın hazırlanmasından söhbət gedir.

MS-21 Rusiyanın ən mühüm mülki aviasiya layihələrindən hesab olunur. Orta məsafəli, dar gövdəli sərnişin təyyarəsi ilk növbədə Airbus A320 və Boeing 737 ailəsinin fəaliyyət göstərdiyi bazar seqmentinə alternativ kimi hazırlanıb.

Layihədə ən mühüm dəyişikliklərdən biri mühərriklərlə bağlıdır. MS-21-310 versiyası Rusiyada hazırlanmış PD-14 turbofan mühərrikləri ilə təchiz edilir. Əvvəlki mərhələdə MS-21 proqramında ABŞ istehsalı Pratt & Whitney PW1400G mühərriklərindən də istifadə nəzərdə tutulurdu.

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra MS-21 proqramında xaricdən alınan avadanlıq və materialların yerli istehsalla əvəzlənməsi sürətləndirilib. Təyyarənin bir sıra mühüm sistemlərinin Rusiya istehsalı olan analoqlarla əvəz edilməsi istiqamətində geniş proqram həyata keçirilib.

Layihənin mürəkkəb istiqamətlərindən biri kompozit qanadların istehsalı olub. Xarici materiallara çıxışın məhdudlaşdırılmasından sonra Rusiya MS-21 üçün yerli kompozit materiallardan istifadəyə keçib.

MS-21-in fərqləndirici xüsusiyyətlərindən biri geniş salonudur. İstehsalçı bunu sərnişinlərin rahatlığı, həmçinin təyyarəyə minib-düşmə prosesinin sürətləndirilməsi baxımından üstünlüklərdən biri kimi təqdim edir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki