image-1backend

Rusiyanın zərbələri nəticəsində Ukrayna külli miqdarda vəsait itirdi

image-ads-728x90

Rusiya ordusunun son hücumları nəticəsində Ukraynada bir sıra iri şirkətlərə məxsus anbar və logistika obyektləri dağılıb. İlkin qiymətləndirmələrə görə, şirkətlərin maddi itkiləri milyonlarla qrivna ilə ölçülür.

Korrekt.az xəbər verir ki, iyulun 19-na keçən gecə Rusiyanın zərbələri nəticəsində “Kniqolav” nəşriyyatının anbarı məhv edilib. Hadisə zamanı anbarda təxminən 250 min kitab olub. Şirkət bildirib ki, dağıntılar sifarişlərin çatdırılmasında müvəqqəti gecikmələrə səbəb ola bilər. Hücum nəticəsində əməkdaşlar arasında xəsarət alan olmayıb.

Zərər çəkən şirkətlər arasında yanacaqdoldurma məntəqələri şəbəkəsi olan WOG da var. Şirkətin məlumatına görə, anbarın dağıdılması nəticəsində ciddi maddi və maliyyə itkiləri yaranıb. Şirkətin baş direktoru Andrey Pivovarski bildirib ki, hadisə zamanı heç bir əməkdaş həyatını itirməyib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Kiyev vilayətində ballistik raket zərbəsi nəticəsində ölkənin ən böyük logistika komplekslərindən biri ciddi zədələnib. Söhbət Kiyev yaxınlığında yerləşən, təxminən 100 min kvadratmetr əraziyə malik Amtel şirkətinin əsas paylama mərkəzindən gedir. Mərkəz Ukrayna üzrə yükdaşıma əməliyyatlarında istifadə olunurdu.

Bundan başqa, tikinti və sənaye avadanlıqları istehsalçısı olan “Hilti” şirkətinin Beloqorodkadakı mərkəzi anbarına da ziyan dəyib. Şirkətin məlumatına görə, işçilər xəsarət almayıb, lakin məhsulların böyük hissəsi məhv olub.

Həmçinin şərab satışı üzrə ixtisaslaşan “GoodWine” şirkətinin anbarının dağıdıldığı bildirilib. Ukraynanın əsas qovrulmamış qəhvə idxalçılarından biri olan “Coffeeton” şirkətinin ofisi və logistika mərkəzi də hücuma məruz qalıb. Şirkət bütün əməkdaşların təhlükəsiz olduğunu açıqlayıb.

Qeyd olunur ki, bundan əvvəl Rusiyanın zərbələri nəticəsində Kiyevdə “Philip Morris Ukraine” şirkətinin anbarı dağıdılıb. Odessa vilayətinə endirilən raket zərbələri zamanı isə tualet kağızı istehsalçısı “Snow Panda” şirkətinin istehsal və anbar obyektlərinin bir hissəsi yanğın nəticəsində məhv olub.

Ukrayna tərəfi bildirir ki, son hücumlar nəticəsində mülki infrastruktur və kommersiya obyektlərinə ciddi ziyan dəyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki