Rusiya sərhədçilərinin Ermənistan və Avropa İttifaqı vətəndaşlarının Meğriyə girişinə icazə vermədiyi bildirilir. Onların saxlanıldığı və dindirildiyi iddia edilir.
SputnikARM etibarlı mənbələrdən öyrənib ki, Sünikdəki (Zəngəzur) Nrnadzor kəndi yaxınlığındakı sərhəd zonasında Meğri sərhəd dəstəsinin rus hərbçilərinin iştirakı ilə planlaşdırılmış əməliyyatlar keçirilir.





















