Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov Almaniyada şəriklik əsasında 47 mənzildən ibarət iki yaşayış binasının tikintisini həyata keçirir.

Korrekt.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, layihənin ümumi investisiya dəyəri təxminən 13–15 milyon avro təşkil edir.
Cavanşir Həsənli bildirib ki, tikinti layihəsinin rəsmi planına əsasən yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulur.





















