image-1backend

Seneqal Futbol Federasiyası bəyanat yaydı: Afrika futbolu adına rəzalətdir

image-ads-728x90

Seneqal Futbol Federasiyası qəbul edilən qərarla bağlı sərt bəyanat yayıb.

Korrekt.az xəbər verir ki, Federasiyanın açıqlamasında bildirilib ki, sözügedən qərar Afrika futboluna zərər verəcək, ədalətsiz, görünməmiş və qəbuledilməz xarakter daşıyır.

Qeyd olunub ki, qurum öz hüquqlarını və Seneqal futbolunun maraqlarını qorumaq məqsədilə Lozannada yerləşən İdman Arbitraj Məhkəməsi (CAS) instansiyasında apellyasiya prosesinə başlayacaq.

Bəyanatda həmçinin vurğulanıb ki, federasiya dürüstlük və idman ədaləti prinsiplərinə sadiqliyini qoruyur və məsələ ilə bağlı bütün yeniliklər ictimaiyyətə çatdırılacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki