image-8eda1d2d-b1bc-46e2-8cd8-110bda3d22e1backend

SEPAH generalı öldürüldü

image-ads-728x90

Korrekt.az xəbər verir ki, bu gün sosial mediada paylaşılan məlumata əsasən, İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanlarından biri general Hacı Əli İqbalpur İraqda Həşd-Şəbi qruplaşmasının bazalarına edilən son hücumlar zamanı öldürülüb.

İqbalpur İraqın şimalı və Kərkük bölgəsində Qüds qanadının fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olub.

Məlumata görə, hücum zamanı İqbalpurla birlikdə SEPAH-ın daha dörd zabiti də qətlə yetirilib.

Hazırda İran rəsmiləri və ya SEPAH tərəfindən bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki