image-1backend

SEPAH: Hörmüz boğazında iki neft tankeri saxlanılıb

image-ads-728x90

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankerinin vurularaq saxlanıldığını açıqlayıb.

Korrekt.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. İddialara görə, həmin tankerlər xəbərdarlıqlara baxmayaraq, təhlükəli marşrutla Hörmüz boğazından keçməyə cəhd ediblər.

Bəyanatda qeyd olunub ki, sözügedən gəmilər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “təhriklərinin təsiri altında” hərəkət edib.

SEPAH bildirib ki, iki tanker hədəfə alınaraq saxlanılıb, daha dörd tanker isə marşrutunu dəyişərək geri qayıdıb.

İran tərəfi həmçinin Hörmüz boğazında nəzarəti davam etdirəcəyini və bölgədə təhlükəsizlik tədbirlərini gücləndirəcəyini açıqlayıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki