image-1backend

SEPAH-ın baş komandanı: “Terrorçuluğa qarşı təcrübəmizi ŞƏT-ə üzv ölkələrlə bölüşməyə hazırıq”

image-ads-728x90

Dünən SEPAH-ın baş komandanı general-mayor Məhəmməd Pakpur “Səhənd 2025” birgə antiterror təliminin açılış mərasimində bildirib ki, İran terrorçuluğa qarşı mübarizədə topladığı təcrübələri Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətləri ilə bölüşməyə hazırdır.

Korrekt.az xəbər verir ki, Pakpur vurğulayıb ki, SEPAH son illərdə təkfirçi və separatçı terror qruplarına qarşı birbaşa mübarizədə əhəmiyyətli təcrübə qazanıb. Onun sözlərinə görə, İranın ŞƏT-dəki mövqeyi “fəal və məsuliyyətli iştirak”, kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsinə əsaslanır.

“Səhənd 2025” təliminin bir illik hazırlıq prosesinin nəticəsi olduğunu açıqlayan Pakpur deyib ki, iştirakçı bölmələr hazırda ən yüksək koordinasiya və hazırlıq səviyyəsindədir. O, terror təhdidlərinin sərhəd tanımadığını bildirərək, üzv ölkələr arasında məlumat və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki