Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyi yandırılıb.
Korrekt.az xəbər verir ki, yayılan məlumatda deyilir ki, “İranın hücumundan sonra Ər-Riyaddakı ABŞ səfirliyinin fotosu”.
Vəziyyətlə tanış olan iki CNN mənbəyinin məlumatına görə, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi iki şübhəli İran dronu tərəfindən vurulub.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi hücumu təsdiqləyərək, “kiçik yanğın və bəzi maddi ziyana” səbəb olduğunu bildirib. İki mənbədən birinə görə, ilkin olaraq itkilər barədə məlumat verilməyib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Zərbələr paytaxt Tehranı və ölkənin ən böyük şəhərlərini hədəf alıb. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab tədbirləri elan edib. Məlumata görə, İran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı İsrail və ABŞ hərbi bazalarına raket və dronlar atıb.
İsrail və ABŞ-ın hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub. Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücuma başladığını elan edib.





















