Bu gün Iran Wire nəşri İran prezidenti Məsud Pezeşkian hökumətinə yaxın olduğu bildirilən iki mənbəyə istinadən ali rəhbər Müctəba Xameneyinin səhhətinin ağırlaşdığını açıqlayıb.
Korrekt.az xəbər verir ki,mənbələr ABŞ-nin İranın ali rəhbərinin iqamətgahına hücumundan, Xameneyinin atası və digər ailə üzvlərinin həlak olmasından sonra onun indiyədək heç bir hökumət rəsmisi ilə görüşmədiyini bildiriblər.
Eyni zamanda, nəşr onun hazırda ciddi xəstə olduğunu vurğulayıb. Xameneyinin ictimaiyyət qarşısına çıxmaması və yüksək vəzifəli dövlət rəsmiləri ilə birbaşa görüşlərinin olmaması onun səhhətinin kritik vəziyyətdə olduğuna dair fərziyyələri gücləndirib.





















