image-1backend

Sürücülər daha çox hansı halda qaydaları pozurlar? (VİDEO)

image-ads-728x90
Bəzi sürücülər qaydaları bilmədikləri üçün yox, ona əməl etmədiklərinə görə qəza törədirlər.
Bu fikirlər Nəqliyyatı İntellektul İdarəetmə Mərkəzinin yaydığı məlumatda yer alıb. Bildirilib ki, paytaxt yollarındakı qəzaların bir çoxu sürücü diqqətsizliyi səbəbindən baş verir. Bu hallarda daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsindən də bildirilib ki, statistik göstəricilərdə azalma qeydə alınsa da, yol hərəkəti iştirakçılarının törətdikləri kobud qayda pozuntuları narahatlıq doğuran əsas amillərdən biri olaraq qalır.
Qeyd edilib ki, diqqətsizliyə görə baş verən qəzalar əsasən maddi zərərlə nəticələnir.//Xəzər TV


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki